Fikri-Xəyalım düşüb, şəkər ləbi öpməyə
Fikri-Xəyalım düşüb, şəkər ləbi öpməyə! (1995) Müəllif: RAUF CAVAD |
O nazlı gül çöhrəyə, əsir oldum Zöhrəyə,
Mən yerdə, O göydə, Həsrətəm nazlı çöhrəyə!
O parlayan nurum, yeganə tək eşq ulduzum,
Yarsız neylərəm cahanı, vurğunam Qönçəyə!
O Yar mənim cümlə canım, Qərib düşən ahım,
Hardadır Nigarım? Sözüm var, beli incəyə!
O sevən, görən gözlərim, çırpınan ürəyim,
Qəlbdə dərdim gizli, söylərəm yalqız küləyə!
O dinlər dərd-Qəmli sözü, Hicransız yalnızam,
Gözlərəm həp yolunu, Əlim çatmır Mələyə!
O şahi Dilbərim, zikri Ədalət diləyim!
Fikri-Xəyalım düşüb, şəkər ləbi öpməyə!
O xoş məhəbbət nəzəri, dəvayi-dərmanim,
Xəstə könlün təbibi, əlac düşüb görməyə!
O can ünvanım, Məcnunun Leylasıdı Yarım,
Hərə bir cür dəli, mən divanəyəm sevməyə!
O Gözəl gümanım, sonuncu ümid pənahım,
Çarəsizəm, istərəm tez yetişəm ölməyə!
O Rauf, məhbub əlindən, Fərhad, biçarəyəm,
Dəli-divanə, mən əvarəyəm, Elnarəyə!