Fikri-Xəyalım düşüb şəkər ləbi öpməyə

Vikimənbə saytından
Fikri-Xəyalım düşüb şəkər ləbi öpməyə (1995)
Müəllif: RAUF CAVAD


 
O nazlı gül çöhrəyə, əsir oldum Zöhrəyə,
Mən yerdə, O göydə, Həsrətəm nazlı çöhrəyə.

O parlayan eşq nurum, yeganə tək ulduzum,
Sənsiz neylərəm cahanı, can fəda Qönçəyə.

O Yar mənim cümlə canım, Qərib düşən ahım,
Harda qaldın Yarım? Sözüm var beli incəyə.
 
O sevən, görən gözlərim, çırpınan ürəyim,
Qəlbdə dərdim gizli, söylərəm yalqız küləyə.

O dinlər dərd-Qəmli sözü, Hicransız yalnızam,
Gözlərəm həp yolunu, Əlim çatmır Mələyə.

O şahi Dilbərim, zikri Ədalət Mələyim,
Fikri-Xəyalım düşüb şəkər ləbi öpməyə!

O xoş məhəbbət nəzəri, dəvayi-dərmanim,
Xəstə könlün təbibi, əlac düşüb görməyə.

O can ünvanım, Məcnunun Leylasıdı Yarım,
Hərə bir cür dəli, mən divanəyəm sevməyə.

O Gözəl gümanım, sonuncu ümid pənahım,
Çarəsizəm, istərəm tez yetişəm ölməyə!

O Rauf, məhbub əlindən, Fərhad, biçarəyəm,
Dəli-divanə, mən əvarəyəm, Elnarəyə!