Gögdə Peyğəmbər ile me’racı qılan bənem

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gögdə Peyğəmbər ile me’racı qılan bənem
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Gögdə Peyğəmbər ile me’racı qılan bənem,
Əshabi-Süffa ilə yalmcaq olan bənəm.

Səbr ilə qənaəti xoş verüpdür anlara,
Qırq kişi bir könləgə qənaət qılan bənəm.

(Ol) qırqdan birisinə çaldum idi neştəri,
Qırqından qan aqıdub ibrət göstərən bənəm.

Öməri-Xəttab ilə həm ədlü dad işlədüm,
Oğlilə fisq eyləyüb həddə basılan bənəm.

Əbdürrəzzaq - ol dərviş yoldaş edindi bəni,
Hellaci-Mensur ilə dara asılan bənəm.

İbrahim Ədhəm baqdı, tacü təxtı bıraqdı,
Həqq yolına uyaqdı, ol sirri tuyan bənəm.

Musa peyğəmbər ilə bin bir kəlimə qıldum,
İsa peyğəmbər ilə gögləre çıqan bənəm.

Adumı Yunus daqdum, sirrüm aləmə çaqdum,
Bundan İləni dəxi dildə söylənən bənəm.