Göndərib lütflə, ey dil, mənə dilbər kağız
Görünüş
Göndərib lütflə, ey dil, mənə dilbər kağız Müəllif: Zikri Ərdəbili |
Mənbə: Zikri Ərdəbili. Cənubi Azərbaycan Ədəbiyatı Antologiyası (az.). Bakı: "Azərbaycan". 1980. 1881-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1980-10-05. |
Göndərib lütflə,ey dil,mənə dilbər kağız,
Könlümün zülmətini eyləyib ənvər kağız.
Şükri-lillah məni-bicarəyə lütfiylə yazıb,
Sitəmanidən usanıb,şuxi-sitəmkər kağız.
Gər,yazam yar cəfavu qəmin itmam olmaz,
Filməsəl,ruyi-zəmin olsa sərasər kağız.
Düşsə gər aşiqi məşuq cahanda hicrə,
Bir-Birindən olan ,ey şux,çox istər kağız.
Yetməsə gər əlin oldaməninə cananın,
Ey könül, Vallahi cananıma göndər kağız!
Eşq tökdükcə,dəmadəm qaralar nuri-qələm,
Ah çəkdikcə dəyib bir-birə,titrər kağız.
Müjdə,Ey Zikriyi-biçarəbu avarə,sənə,
Lütf üzüylə yazıb ol qaməti-ər'ər kağız.