Məzmuna keç

Görünür!!

Vikimənbə saytından
Görünür (11.03.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Gözüm aydın, gözümə surəti-canan görünür,

Mişki-ənbər saçaraq ətrilə əfşan görünür.

Nizami Gəncəvi


Gözüm aydın, yenə də ölkədə millət görünür,

Rəhbərə, liderə saf sevgi, sədaqət görünür.


Millətin əhvalına mənfi yetirmişdi ziyan,

İndi hər gözdə inam, arzuda müsbət görünür.


Mazoxist düşmənimin virdi əzabkeşlik idi,

Taleyində yenə də ağrı-əziyyət görünür!


Kin saçar dünyada hər insana şeytan uruğu,

Kin olan yerdə xəyanətlə səfalət görünür...


Qismət olmazsa əgər göydəki cənnət, nə qəmim:

Vətənim gözlərimə yerdəki cənnət görünür!


Dünyanı sülhə çağırmaqdır işi, Rəhbərimin

Hər sözündə qlobal çapda ədalət görünür!


Teymurun ömrü əmanətdir, onu alsa da Haq,

Sözlərində gələcək nəslə əmanət görünür...