Görünərmi, görünməzmi

Vikimənbə saytından
Görünərmi, görünməzmi
Müəllif: Aşıq Qərib

Tiflisin uca dağları,
Görünərmi, görünməzmi?
Şahsənəmin otaqları
Görünərmi, görünməzmi?

Çağırram, şahların xası,
Silinsin könlümün tası,
Sənanın məzar qalası
Görünərmi, görünməzmi?