Görəsən
Naviqasiyaya keçin
Axtarışa keçin
Görəsən Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22. |
Sallanıb çıxanda gül xiyabandan,
Od tutub alışan narı görəsən.
Baxasan qamətə, hüsnü-camala,
Məni dərdə salan yarı görəsən.
Xudadan pər alıb oldum pərvanə,
Yanıb qəm oduna oldum divana,
Bir haqq aşiqi ki, dərdi pünhana,
Kim göstərər mənə barı görəsən.
Girəydim bağına, görəydim barın,
Uzadıb əlimi dərəydim narın,
Bu xəstə Valehin nazənin yarın,
Nə yaxşı yaradıb tarı görəsən.