Məzmuna keç

Gör ki, ayrılığ necə yamandı, Pünhan ayrılır

Vikimənbə saytından
Gör ki, ayrılığ necə yamandı, Pünhan ayrılır (1993)
Müəllif: RAUF CAVAD

O gün bu gündü, səhnədən-bədəndən can ayrılır,
Dilbərim dərdi-bəlada, can, canımdan ayrılır.

Düşdü könlüm bir Gözələ oldu can dərdi qubar,
Eşqü bəlaya döndü sözlər, gözdən qan ayrılır.

Yusifim səhrada düşdü zindana, can qaldı tək,
Tək Məhbubuna söylədi ki, yar yardan ayrılır?

Qaldı canım tək, yarsız, oldu al qanına qəltan,
Qərib düşdü, səsləndi cahana, güman ayrılır.

O gün bu gündü, Hicranım düşdü dərdi bəlaya,
Nigarım qaldı qəribə, dedi canan ayrılır.

Çəkilib o gün şah mənzərə, sənədli şah əsər,
Qeybə çəkilib güli-Reyhan, bağçadan ayrılır.

Gör ki, Həqq batildən necə ayrılıb ah eləyir,
Ayrılığ dözmür, ahü zar deyir, aman ayrılır.

Necə acı dərddi ayrılığ, sızıldar vücüd-ruh,
Yamandı yandırar od, qəlbdən iman ayrılır?!

O gün bu gündü, Xəyaləm çəkilib qeybə-seyrə,
Gör ki, ayrılığ necə yamandı, Pünhan ayrılır!

Rauf nəfsi ilə etdi Heyranı istək-dua,
Tək bədən, can ayrılır, ah ayrılığdan ayrılır?!