Gör necə dərdə yesir oldun, ey biçarə başım
Görünüş
Gör necə dərdə yesir oldun, ey biçarə başım Müəllif: Mehri Xatun |
Mənbə: Mehri Xatun. Divan. Bakı, MBM, 2011. |
Gör necə dərdə yesir oldun, ey biçarə başım,
Bulmadım, qaldı sənin dərdinə bir çarə, başım...
Üzümü xak edəyin getdiyi yollara həbib,
Səni həmsər edəyin basdığı daşlara başım.
Görə dursun bu gözüm barı ölüncə üzünü,
Kəfənin boynuna taxıb vara, yalvara başım.
Müddəi nüktələriylə sinəmin qüssələri,
Mehriyi öldürə bir gün, səni qurtara başım.