Gördüm (Xəstə Qasım, gəraylı)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gördüm (Xəstə Qasım, gəraylı) Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı (2011). Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi (az). Azərnəşr. Yoxlanılıb 2018-08-06. |
İki əbrun arasında,
Altı “qaf”, yeddi “lam” gördüm.
“Lam”ı “qaf”ın mərkəzində,
Otuz cüzvü quran gördüm.
Yüz min xandı, yüz min yavər,
Müntəzirəm açılmaz dər.
Əl əl üstə min peyğəmbər,
Üç yüz altmış ənam gördüm.
Sevdim caharıda məsumu,
Haqq bağlasın xilasımı,
Bu yazıq Xəstə Qasımı,
Mən bir kəmtər qulam gördüm.