Görmüşəm (Şəmkirli Aşıq Hüseyn)

Vikimənbə saytından
Görmüşəm
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Şəmşəd mahalında, Morul elində,
Ellər, huri-məhliqanı görmüşəm.
Cəvahirdi gövhər nişan telində,
Gözəllikdə canlar canı görmüşəm.

Badi-səba dəydi, açıldı çarqat,
Görcək camalmı ağıl qaldı mat,
Belə gözəl hanı dünyada, heyhat!
Dərdə salan zənəxdanı görmüşəm.

Boyuna atlası xara yaraşır,
Siyah zülfü qəddi dala yaraşır,
Şəhla gözə gözün baxsa qamaşır,
O qaşi göz can alanı görmüşəm.

Geyinibdi zər-zibanın içində,
Cəvahir qərq olub kanm içində,
Hindu xalı gül camalm içində,
Görən deyər Hindistanı görmüşəm.

Aşıq Söyün, dərdin budu əlacı,
Hidayət ol, sözün söyləmə acı,
Cəvahir Göhərlə olsunlar bacı,
İki püri-nur cahanı görmüşəm.