Görmüşəm (Koroğlu)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görmüşəm Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Bu dünyanı ələk-vələk eylədim,
Namusu, qeyrəti atan görmüşəm.
Anasının əmcəyini kəsənnən,
Elini-gününü satan görmüşəm.
Ürəyə həkk olan ləkədəndimi?
Şeytanın verdiyi tikədəndimi?
Heç kəs bilməz qovğasını, fəndini,
Şərbətlərə zəhər qatan görmüşəm.
Fələyin xəlbirin versələr mana,
Qoymazdım od düşə ota, samana.
Nuhun tufanına dönüb zamana,
Birin çıxıb, minin batan görmüşəm.
Aşıq Cünun nərə üstə saz çalar,
Dastanında yüz igidin adı var.
Qılıncla Koroğlu, tədbirlə Nigar,
Neçə savaşları udan görmüşəm.