Görmüşəm (Miskin Əli)

Vikimənbə saytından
Görmüşəm
Müəllif: Miskin Əli

  
Gözəl, sənin həsrətini çəkirəm,
Üzünə tökülən teli görmüşəm.
Bir busə lütf edib, eyləsən kərəm,
Zənəxdanda qoşa xalı görmüşəm.