Görmüşəm (Miskin Həsən)
Görünüş
Görmüşəm Müəllif: Miskin Həsən |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Soruş məndən neçə-neçə tarixi,
Yadımdadır, sanki dünən görmüşəm.
Çox döşünə döyüb mənəm deyəni,
Tez qaçıb sözündən dönən görmüşəm.
Nəyə gərək dünya baci-xəracı,
Təmiz qəlbin ona yox ehtiyacı.
Almazdan bərk kəsən nahaq qılıncı,
Haqqın qarşısında sınan görmüşəm.
Miskin Həsən olsa namərdin bağı,
Bağbanı bəd olar, meyvəsi ağı,
Zülmünən alışıb yanan çırağı,
Sərt yellər əsəndə sönən görmüşəm.