Görmüyəm

Vikimənbə saytından
Jump to navigation Jump to search
Görmüyəm
Müəllif: Aşıq Əli Şairov

Ay ariflər, bu dərd məni alıbdı,
Qorxuram ki, nobaharı görmüyəm.
Bağça-bağa bağban olub bəsləyəm,
Əziyyətin çəkib barı görmüyəm.

Məcnun oylağıdır dağların başı,
Leylinin eşqindən tökürdü yaşı.
Kərəmi yandırdı Leyli atəşi,
Fərhad kimi yar bazarı görmüyəm.

Əliyəm, virandı könlüm xanası,
Bu el qürbət eldi, yoxdu vəfası.
Ay şahların şahı, qullar ağası,
Qorxum budur: məndə yarı görmüyəm.

Mənbə[redaktə]