Görmədim (Abdulla Padarlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görmədim Müəllif: Abdulla Padarlı |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Bu həsrətə, çərxi-fələk əlindən,
Çünki dostu-mehribanı görmədim.
Camali-kamalın dildən eşitdim,
Nə fayıda zənəxdanı görmədim.
Neçə müddət könül intizar idi.
Fikrim, zikrim xəyalımda yar idi,
Dedilər ki, yaxşı dövran var idi,
Mən çox gəzdim o dövranı görmədim.
Devreyi-ruyunu almış təravət,
Yandırdı ciyərim nari-fəraqət,
Əzrayıl tək gəldi ruzi-qiyamət,
Getdim sidri-müntəhanı görmədim.
Səndən ayrı ahü-fəğan edirdim,
Bu sirrimi xalqa nəhan edirdim,
Könül məclisində seyran edirdim,
Baxdım şəmi-şəbistanı görmədim.
Abdullayam, baş açmadım bu sirdən,
Fələk üz döndərdi mən tək fəqirdən,
Möcüzləri xəbər aldım səfirdən,
Cavab verdi: “Məsihanı görmədim”.