Məzmuna keç

Görmənəm

Vikimənbə saytından
Görmənəm
Müəllif: Kazım ağa Salik
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey ağalar, məni neyçün qınarsız,
Nə müddətdir mən o yarı gormənəm.
Mən ha qınayardım eşqə düşəni,
Daxi eşq əhlini karı görmənəm.

Mən gəzdiyim o bir şirin candadır,
O da mənim kimi natəvandadır,
İtirmişəm heç bilmənəm handadır.
Şirin dilli xoşgöftarı görmənəm.

Binəva Salikəm bağrımda zədə,
Həq bilir ki, gözüm yoxdur kimsədə,
Sözü bizimlədir, qəlbi özgədə
Ol səbəbdən büqran görmənəm.