Məzmuna keç

Görsəm üzün cananımın

Vikimənbə saytından
Cananımın
Müəllif: Məhəmməd Əmani


Fələk rəğminə bir nəzər
Görsəm üzün cananımın,
Qalmaz dərdü ğəmdən əsər,
Görsəm üzün cananımın.

Həddin ötdü intizarı,
Qalmadı könlüm qərarı,
Canü dil olsun nisarı,
Görsəm üzün cananımın.

Edibdir ənduhi-hicran -
Gərçi könlümü pərişan,
Hər müşkülüm olur asan,
Görsəm üzün cananımın.

Topu meydandan qopardım,
Yıxılanımı yapardım,
Könül istəyi tapardım,
Görsəm üzün cananımın.

Dəvasız dərdin dəvasın,
Binəva könlüm nəvasın,
Tapam canım müddəasın,
Görsəm üzün cananımın.

Dövləti-vəslinə fürsət -
Tapıban məhv olsa firqət,
Əmani, çəkməzdim həsrət,
Görsəm üzün cananımın.