Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın
Görünüş
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.48. |
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,
Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
Məgər məsti-meyi-vəsl ola könlüm bəzmi-işrətdə,
Vəgərnə ol qədər keyfiyyəti yox badeyi-minanın.
Degilsə qiblədən məqsud qədü qamətin görmək,
Nədür bəs sana qarşudur zövqi-məscidə mehrabın.
Mana fərmanın olmaq urdu lütf qılma eylərsən,
Nədəndü iltifatı o taqi-fərmanə qəssabın.
Mənim tək çərx əlindən hər zəman dönüb fəğan eylər,
Keşişdən bir havadardur məgər başında dolanın.
Nə nan kənar basar xublar mənim tək aşiqə talib,
Əcəmidədir tələbkarı çox olsa cinsi-kəmyabın.
Cünundin Sadiqi ol bəzmi-eyşin padşahidür,
Kim, onda fərq yox xakistəri-gülxənlə sübhanın.