Məzmuna keç

Göyçə

Vikimənbə saytından
Göyçə (XX əsr)
Müəllif: İsoy Qurbanov

Mən gedənəm, sən qalansan,
Yas tut ağla məni, Göyçə.
Hər dağında izim qalıb,
Yadda saxla məni, Göyçə.

Qərib güllər dərməmişdim,
Ona könül verməmişdim.
Səndə heç vaxt görməmişdim,
Belə duman, çəni, Göyçə.

Çətin İsoyu görərsən,
Gülündən nübar verərsən.
Görsən ah-fəqan edərsən,
Saçımdakı dəni, Göyçə.

Mənbə

[redaktə]