Göyə çəkilən kişi
Görünüş
Rəvayətlər. Göyə çəkilən kişi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Axır çərşənbə günü bir kişi deyir ki, nə bayram? Mən bayramzad
tanımıram.
Gecə yarısı bı kişini eşiyə çağırıllar. Kişi çıxır eşiyə. Arvaduşağı ha gözdüyür, kişi qayıtmır. Durub başdıyıllar axdarmağa, ancax səhərə kimin hara gedillərsə, “gördüm” deyən olmur. Bir-iki günnən sonra arvad-uşax evdə ağladığı yerdə eşikdən genə bınnarı çağırıllar. Bınnar çıxır kin, eşikdə heş kim yoxdu. Bir də baxıllar kin, kişinin papağı göydən düşdü. Demiyəsən bı kişi bayramı bəyənmədiyi üçün onu çəkiplər göyə. Papağı da göydən düşüp kin, camahata bildirsin kin, kim bayramı bəyəmməsə, axırı belə olacax.