Məzmuna keç

Göyərçin

Vikimənbə saytından
Rəvayətlər. Göyərçin
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir nəfər cavan oğlan gölün kənarında ot yığdığı zaman yanına bir göyərçin düşür. Göyərçin dönüb gözəl bir qız olur. Bu əhvalat bir neçə gün təkrar olunur. Axırda bunlar sevişirlər. Hər gün bu gö- yərçinlə oğlan günün qızmar vaxtı göldə çimərlərmiş. Oğlan hər gün səhər tezdən durub gölün sahilinə gedərmiş. Həmin göyərçin də gəlib gölün yanında qız olub oğlanla söhbət edərmiş. Oğlanın ailəsi onun hər gün tezdən gedib axşam gəlməyindən narahat olur. Bir gün atası onu izləməyə başlayır. Bunların hər ikisi suda çimdiyi vaxt oğlanın atası bunların üstünə çıxır.

Oğlanla qız ikisi də çox çığırırlar ki, yaxın gəlməsin, ancaq kişi buna fikir verməyib bunların paltarının yanında dayanır. Bunlar kişidən utanıb qırağa çıxa bilmirlər. İkisi də göyərçin olub havaya qalxırlar.

Mənbə

[redaktə]