Göy üzündə tütən olsam

Vikimənbə saytından
Göy üzündə tütən olsam
Müəllif: Qaracaoğlan
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Göy üzündə tütən olsam,
Yer üzündə bitən olsam,
Al bəzəkli kətan olsam,
Yar boynuna sarsa məni.

Yar qolunda burma olsam,
Yedikləri xurma olsam,
Alçım-alçım sürmə olsam,
Yar qaşına sürsə məni.

Qaracaoğlan, uşaq olsam,
Yar belinə quşaq olsam,
Bir atlasdan döşək olsam,
Yar altına sərsə məni...