Gözüm yol çəkir, sevgili can gələcək deyəsən
Gözüm yol çəkir, sevgili can gələcək deyəsən! (1994) Müəllif: RAUF CAVAD |
Gözüm yol çəkir, sevgili can gələcək deyəsən!
İntizarım bitəcək, Canan gələcək deyəsən!
Xəstə hər naxoş halın saysız natamam halı var,
Dərmansız dərdə çarə, dərman gələcək deyəsən!
Əsrlər keçib, sular gözləyib xoş xəbər sorağı,
Görəsən kim deyəcək, fərman gələcək deyəsən!
İntizardadır röyalar da görməyə Nigarı,
Xəyal yorulub, deyir güman gələcək deyəsən!
Qəribədir, keçmiş dövürdən qulaqlar səsdədir,
Səs gəlmir, gözlər deyir aman gələcək deyəsən!
Yəqin ki, yarı gözləmək yox, çox səsləmək lazım,
Fəryadı eşidib, O Zaman gələcək deyəsən!
Bəlkə də zaman hələ yetişməyib, hazır deyil,
Səslə! Fəqət gözlə, o Cavan gələcək deyəsən!
Gözəl iş hər insanın əlində, xoş istəyində,
Nəfsində bəşərə yar olsan, gələcək deyəsən!
Taqətim tükənir, fikrim deyir yar gəlməyəcək!
Ürəyim yanır, deyir Heyran gələcək deyəsən!
Nə xəbər var nə də sorağı, Hicran gələcəkmi?!
Nə ahü zar eylər Qəriban, gələcək deyəsən!
Nə bir kəlmə edir Reyhan, həsrəti qəm eləyir!
Gülün ruhi yanır, əhd-peyman gələcək deyəsən!
Nə xeyir var nə də şər?! Rauf gələcək görəsən?!
Nə vaxt səbr tükənəcək, inan, gələcək deyəsən!
...Müəllif:Rauf Cavad