Məzmuna keç

Gözün ac, gəldi oğulsuz atan imdadə, oğul

Vikimənbə saytından
Gözün ac, gəldi oğulsuz atan imdadə, oğul
Müəllif: Abdulla bəy Asi
növhə

Gözün ac, gəldi oğulsuz atan imdadə, oğul,
Dur otur, qoyma gəlim bir belə fəryadə, oğul.
 
Şamə dondərdilə Şam əhli işıq gündüzümü,
Qəlbimə dağ cəkib, qoydular ağlar gözümü,
Əli, səndən sora olmuş gorurəm mən özümü,
Dirilik səbdi sənsiz mənə dunyada, oğul.
 
Əli, peykani-bəla qəlbimi bica oymaz,
Əşgimə mane olam şoleyi-ahim qoymaz,
Sən kimi oğlu olən gərdu qubardan doymaz.
Olmaz oz mərginə hər ləhzədə amadə, oğul.
 
Bir urək ki, Əli, sən tək bir oğul dağı ola,
Cox cətindir, o urək şad ola, bir də acıla,
Qan ola qəlbi gərək, gozləri əşk ilə dola,
Hər qədər sağdı, gələ naləvu fəryadə, oğul.
 
Nə sitəmkardı o kəslər ki, vurub yarə sənə,
Nə sənə həqqi gəlibdi, Əli, nə rəhmi mənə,
Döndərib cismuvi oxdan gul acan bir cəmənə,
Gətirib möhnətu qəm gülşəni icadə, oğul.
 
Göyün ulduzlarını yaraların san veriri,
Baş acıb hər yarə cismində, Əli, qan veriri,
Başın ustundə atan, sən tək oğul can veriri,
Bəli, bir ruh iki qəlbidədi mənadə, oğul.
 
Bilisən, xatiri-zarım doludu nisgil ilə,

Niyə dinmirsən, Əli, dindirirəm hər dil ilə,

Mənlə bir kəlmə danış, qoyma bu suzi-dililə,

Ola tainki təsəlli dilə, şahzadə, oğul.

 

Qəlbimin sirrini Allah bilər, özgə nə bilir,

Necə mən ağlamayım, sən kimi bir oğlum olur,

Baxıri halıma Səd oğlu şəmatətlə gülür,

Vururi tənə oxun bu dili-naşadə, oğul.

 

Bu gözəl cismüvi gördükcə quru yerdə, Əli,

Ürəyim başı yanır, dil gəliri dərdə, Əli,

Elə dərdi ki, sağalmaz bilirəm bir də,Əli,

Bexususi ki, muasir ola əkbadə, oğul.

 

İstərəm zəxmi-dili-Leylini bəlkə bitirim,

Verməmiş can səni ol bikəsu yarə yetirim,

Bilmirəm nəşuvi nə nov ilə yerdən götürüm,

Baxıram, xərməni-səbrim gediri badə, oğul.

 

Bənd-bəndindən edib cismivu əşrari-zimən,
Pozulan gulşənə bənzər, Əli, bu parə bədən,
Səni nə nov ilə bilməm aparım xeyməyə mən,
Yox təvan həmlinə mən bikəsu tənhadə, oğul.

 

Göstərir, zəxmi-sərin ayəti-şəqqulqəməri,
Bu necə zəxmdi, ey nəxli-umidim səməri,
Günü qara eləyib itrəti-Xeyrulbəşəri,
Qoymayıb zilvə məhi-ənvəri-bəthadə, oğul.

Əli, sidq ilə olub Asi sənə növhəsəra,
Eyləyibdir o gözəl adıvı ünvani-buka,
Bir səni hər iki dunya bilir ümmidu rica,
Həmi dunyadə əvəz ver, həmi uqbadə, oğul!