Məzmuna keç

Gözəl, nə gözəl olmuşsan

Vikimənbə saytından
Gözəl, nə gözəl olmuşsan
Müəllif: Qaracaoğlan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Gözəl, nə gözəl olmuşsan
Görülməyi, görülməyi.
Siyah zülfün halqalanmış
Hörülməyi, hörülməyi...

Mendilini yudum antdım
Gülün dalında qurutdum.
Adın nə idi unutdum
Sorulmayı, sorulmayı.

Səyirtdim ardından yetdim
Əyildim üzündən öpdüm.
Adın bilirdim, unutdum
Çağırmayı, çağırmayı.

Mənim yarım mənə küsmüş,
Zülfünü gərdənə tökmüş,
Məhəbbəti məndən kəsmiş,
Sevilməyi, sevilməyi.

Çağır, Qaracaoğlan, çağır,
Daş düşdüyü yerdə ağır.
İgid sevdiyindən soğur
Sarılmayı, sarılmayı.