Məzmuna keç

Gözəl (Ağbabalı Aşıq Nəsib)

Vikimənbə saytından
Gözəl
Müəllif: Ağbabalı Aşıq Nəsib
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Yazı bu yerlərin ayrı büsatdı,
Ağbaba elinin yörəsi gözəl.
Ağ sürü yayılıb yamaca,yala,
Qoyunun ksrssi, kürosi gözəl.

Quş qanad saxlayar neyə,tütəyə,
Arılar daşıyar şirə pətəyə,
Xalı sərilibdi çölə,təpəyə,
Bulaq ayağının tərəsi gözəl.

Bu yan Ağbabadır, o yan Çıldır-Qars,
Nəsib, sözlərimə yaxşı qulaq as,
Gözlərim ağlardı, ürəyimdə yas,
Sərhədin dağları, dərəsi gözəl.