Məzmuna keç

Gözəl (Ağdabanlı Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəl
Müəllif: Ağdabanlı Qurban
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.

Başına dolanım, dön bəri sarı,
Qamətin də gözəl, yolun da gözəl.
Bu həsrət könlümdən sil qəm-qubarı,
Söhbətin də gözəl, dilin də gözəl.

Şairlərin dedikləri yalandı,
Mələk qiyafədə əfi ilandı.
Bir fikirləş, dünya kimə qalandı,
Ayın da gözəldi, ilin də gözəl.

Ağzımı açanda söz eyləyirsən,
Yalannan küsürsən, naz eyləyirsən.
Bir dəfə səhf eylə, düz eyləyirsən
Əməlin də gözəl, felin də gözəl.

Yüz həsrət aralı baxır kənardan,
Can yanır, bulaqlar axır kənardan,
El görüb, kim-kimi yıxır kənardan,
Talehim şüşədir əlində, gözəl.

Qurbanın üstündən bir qara çəkmə,
Özünü bu qədər kənara çəkmə,
Çək sinən üstünə - məzara çəkmə,
Mehribanlıq gəlsin dilinə, gözəl.

Qurban, möhnət səni yenə doğruyar,
Cəlladım ol, cəsədimi doğru yar.
Tale yaza qismətinə doğru yar,
Dərd-qəm çatdırmadı, məndən mənə yaz.