Gözəl (Nəbi Miskin)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəl Müəllif: Nəbi Miskin |
Mənbə: Səməndər Məmmədov. "Şair Nəbi Miskin – 140: Mən Nəbiyəm, aşıqların zəriyəm". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09. |
Səhərdən bəklədim mən yollarını,
Bir gəlib qarşımdan ötəsən, gözəl!
Sən özün bilmirsən öz murazını,
Mən yaxşı bilirəm butasan, gözəl!
Yetmişə yetsən də, mən səni allam,
Dərgah-ilahiyə min dua qıllam.
Aylarınan xəstə düşsəm, sağallam,
Sən gəlib qolumdan tutasan, gözəl!
Mən Nəbiyəm, aşıqların zəriyəm,
Yanıram oduna, eşq əsəriyəm.
Gəlmişəm qapına, bil, müştəriyəm,
Ləbinin balından satasan, gözəl!