Məzmuna keç

Gözəl (Xəstə Hasan)

Vikimənbə saytından
Gözəl
Müəllif: Xəstə Hasan
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.447; ISBN 978-9952-571-42-4

Ömrü bada verdin, günü talana,
İndi sən ömrümün ayağı,gözəl.
Sənnən qeyri mənim yeyib-içdiyim,
Tamam mənə oldu ay ağı,gözəl.

Get bazara, gəl qəbrini qazana,
İyid odur, malı özü qazana.
Qurtarıbdı, su tökginən qazana,
Otur, biç kəfbnim, o ağı,gözəl.

Xasta Hasan deyər: xasta sinnidi,
Gey-qurşan əyninə, xasta sinnidi.
Ölüm Haqdan gələr, xasta sinnidi,
Gəl, kəsmə üstündən ayağı,gözəl.