Məzmuna keç

Gözəl mənalı nur gözlər, sevgili Cananı gözlər

Vikimənbə saytından
Gözəl mənalı nur gözlər, sevgili Cananı gözlər! (1996)
Müəllif: RAUF CAVAD

Kimdi Nəsimi? Muhəmməd söyləyən, O, ləbi gövhər,
Bulub Əlidə gövhər, hər zamana Hüseyn həqq söylər.

Həqq söyləyən hər kəs düşmən gözündə kəpər görünər,
Hər tində gizlənən, Həqq danan min bir div, kin sürünər.

Nəsimi dərdi-könlü didərgin, sevdalı Zöhrəyə,
Əlacsız qalıb qəlbi qəmgin, üz tutub Samirəyə.

Axtarırdı Məcnun sevgili yarı, nazlı Leylanı,
Dərd düşmüşdü əvarə, gəzib dolanırdı cahanı.

Sinəsi yaralı, məzlum gözlər axtarırdı yarı,
Baxırdı hər yerdə gözə, bəlkə bular şirin narı.

Gözəl mənalı nur gözlər, sevgili Cananı gözlər!
Hər gün ağrı acıdan Aşiq qəm çəkər, yari özlər.

Ömru olmuşdu qarə, yari gözlər, gözlər əvarə,
Düşmən gözlər, bu anı gözlər, vursun o qəlbə yarə.

Sonda oldu fəda, soyuldu həqq, yetişdi Cananə,
Bilin, Rauf-Yusif sevməyə, Nəsimi bir bəhanə!