Gözəl qız (Xəyyat Mirzə)
Jump to navigation
Jump to search
Gözəl qız Müəllif: Xəyyat Mirzə |
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Sallana-sallana gedən gözəl qız,
Ay qız, bu güzarın bulağadırmı?
Niyə gec gəlirsən, tez qayıdırsan,
Tez gəlib, gec getmək qadağadırmı?
Mən qurban sən təki aynaqabağa,
Zibi-zənəxdana, gülgəz yanağa.
O bəyaz bədənə, o ağ buxağa,
Şəkkərin şərbəti dodağadırmı?
Ölməyib tapaydın həyat, ay Mirzə,
Olmaz sənin kimi xəyyat, ay Mirzə,
Bərələri pusan səyyad, ay Mirzə,
Canın yar yolunda sadağadırmı?