Məzmuna keç

Gözəl qadın (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəl qadın (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Sən kimdən öyrəndin belə ədam,
Ey xəstə şairin ilhamı gözəl?
Solğun dodağından cami-sevdanı
İçirmişdir mənə saqiyi-əzəl.

Gözəllik tacını qoydun başına,
Dünyaya çəkmədin kabusi-ələm;
Sən bir mələksən ki, baxıb qaşına
Əlində şairin titrəmiş qələm!

Söz yox ki, hüsnünə xilqət günündə
Qüdrət qələm çalmış, susmuş mələklər...
Əvvəl cansız ikən, sonra önündə
Quşlar gəlmiş dilə, gülmüş çiçəklər.

Anıldıqca sənin sevgili adm
Bulmuş kamalını şerin hünəri;
Qarşmda diz çökmüş, ey gözəl qadın,
Dünyanın ən böyük sənət ərləri.
1924