Gözəllər (Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəllər Müəllif: Aşıq Ələsgər |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Gözüm gördü, könlüm qəmdən ayıldı,
Çıxdınız qarşıma dəstə, gözəllər!
Camalın şöləsi nuri-təcəlla,
Görsə şəfa tapar xəstə, gözəllər!
Qəmgin idim, sizi görüb gülürəm,
Qaşınız qiblədi, səcdə qılıram.
İkram ilə sizə sarı gəlirəm,
Siz də gəlin asta-asta, gözəllər!
Minəş Günə bənzər, Əsli bir Aya,
Şəms olub, aləmə salıbdı saya.
İncimərəm, qəsəm olsun xudaya,
Qədəm bassa gözüm üstə gözəllər.
Sizi gördüm, çaşdı ağlım, kamalım,
Güllüyə qurbandı dövlətim, malım.
Olmayaydı bir qocalıq, bir ölüm,
Yaşayaydı bu həvəsdə gözəllər!
Pərzad məlakədi, Gövhər bir xanım,
Görən kimi getdi dinim, imanım.
Yazıq Ələsgərəm, sərgərdan canım,
Qurban sizin kimi dosta, gözəllər!