Gözəllərin şahı, şuxu nazənin

Vikimənbə saytından
Gözəllərin şahı, şuxu nazənin
Müəllif: Mücrüm Kərim
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Gözəllərin şahı, şuxu nazənin,
Yetişibdi hökmun kulli-cəhanə,
Bilirsənmi necə yaxşı yaraşır,
Zərəfşan kəmərin, incə miyanə.

Gəlməyib dunyaya sən kimi dilbər,
Gulbərg-ləblərin yaquta bənzər,
Dolanım başına, ey pəripeykər,
Zulfimə subhlər eyləmə şanə.

Pərişan tellərin aldı qərarım,
Mayiləm hüsnünə, sevgili yarım.
Ceşmi-siyahımsan, lalə uzarım,
Olayım mən heyran sən kimi canə.

Şahibazi-aləm mən səni billəm,
Düşübən torpağa yolunda ölləm,
Daneyi-xalının qurbanı ollam,
Qəbul eyləyəsən, şahi-zəmanə.

Cəmalın artıqdır şəmsu qəmərdən,
Yolunda kecmişəm can ilə sərdən,
Bicarə Kərimi salma nəzərdən,
Əgərci kafərəm, gəldim imanə.