Göz ala (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Göz ala Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Bir gözəlin şövqü düşüb cahana,
Yoxdur sənin kimi gözəl, göz ala.
Mən aşiqəm Cahana,
Canım qurban Cahana,
Haqqın əziz bəndəsi,
Xoş gəlmisən cahana.
Yaradıb yaradan salmış cahana,
Yoxdu sənin kimi gözəl, göz ala.
Bağbansan bağa bax, bağ işini gör,
Bağ bəslə, bağ becər, bax işini gör,
Aşıq, bax, işini gör,
Bağa bax, işini gör,
Nə yatdın, kamil ovçu,
Maralın baxışını gör.
Hələ sən tərlanın baxışını gör,
İstəyir canımı gözəl göz ala.
Abbas deyər: mən qurbanam sənə yar,
Uzun boylu, tuti dilli sənə yar.
Mən aşiqəm sənə yar,
Sənəd verdim sənə yar,
Qərib aşıq, qürbət el,
Canım aldın sən, a yar.
Dolandım dünyanı neçə sənə yar,
Görmədim sən kimi gözəl, göz ala.