Məzmuna keç

Göz olar

Vikimənbə saytından
Göz olar
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Belə şux geyinib, şux gəzən gözəl,
Gözlərintək çətin özgə göz olar.
Əndamını görən tez qoyar məhəl,
Qorxuram üstündə yaman göz olar.

Gəlsən, sağalaram olsam can üstə,
Canım qurban verrəm belə can üstə.
Həmdəmim ol, gündə min yol can istə,
O yerdə ki səntək ceyrangöz olar.

O işvəndən, o nazından dad a dad,
Tez məst olar, kimsə onu dada-dad.
Ləblərindən deyər olsan dadhadad,
Məmmədhüseyn qultək sənə göz olar.