Göz xətindən mərdümin məhv etmədən bulmaz murad
Göz xətindən mərdümin məhv etmədən bulmaz murad Müəllif: Məhəmməd Füzuli |
Göz xətindən mərdümin məhv etmədən bulmaz murad.
Zaye eylər hüsnünü xəttin savad üzrə səvad.
Ola bilməz çini-zülfündən cüda göz mərdümü,
Cari olmuşdur bu adət türrəsiz olmaz midad.
Könlün ahimdən tərəhhüm surətin göstərdi, leyk
Mövcdən su nəqşinə çox etmək olmaz etimad.
Əşkü ahim nifrəti qət etdi eldən ülfətim,
Cizginən çevrəmdə ya girdabdır, ya girdibad.
Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəm
Nalələr eylər, keçən həmdəmlərin etdikcə yad.
Çaki-sinəmdən könül çıxdıqca şad olsam nola,
Oylə afətdən yaqasın qurtaran olmazmı şad?
Şiveyi-şimşad qəddin görsə, eylər bağiban,
Etidali-sərvdən əlbəttə səlbi-etiqad.
Mərdümün məhv etmədən olmaz xətindən didə şad,
Bulmaz olmaq zövq xətlərdən açılmadan savad.
Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib,
Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.