Məzmuna keç

Gözdə, sözdü dünya, Əslən qəribani dünya

Vikimənbə saytından
Gözdə, sözdü dünya, Əslən qəribani dünya! (1993)
Müəllif: RAUF CAVAD

Həm güldürür həm də ağladır insanı, dünya!
Bir üzü ağ, bir üzü qara, nurani dünya!

Sirri çoxdur, bilən yox, yatıb torpaq altında,
Aldanıb neçə qafil, görən yox, fani dünya!

Sən canlı şəkil, mən rəssam, əlimdədir fırça,
Gözəlliyi görən kor, deyir, yalanı dünya!

Görmür özündə eybi, fırladır sözü qarğa,
Yalan danışan kim? Günahkar olanı dünya!?

Mükəmməl həyat sığmır küt-cahil varlığına,
Korranıb iş eybəcər əlində ani, dünya!

Hünər, ər lazım düyünü ipdən ayırmağa,
Gözdə, sözdü dünya, Əslən qəribani dünya!

Həyatı Sevinclə bəzəyir Nur-Hikmət Ağa,
Qara gözlər, can verir torpağa canı, dünya!

Xəyalımdır gələ Zaman! Həyat Rauf ola!
Kaş zülmdən xilas ola! Məzlumun qanı, dünya!