Gözdə, sözdü dünya, Əsli, qəribani dünya

Vikimənbə saytından
Gözdə, sözdü dünya, Əsli, qəribani dünya (1993)
Müəllif: RAUF CAVAD


 
Həm güldürür həm də ağladır, insanı dünya!
Bir üzü ağ, bir üzü qara, nurani dünya!

Sirri çoxdur, bilən yox, yatıb torpaq altında,
Aldanıb neçə qafil, görən yox, fani dünya!

Sən canlı şəkil, mən rəssam, əlimdədir fırça,
Gözəlliyi görən kor, deyir yalanı dünya!

Görmür özündə eybi, fırladır sözü qarğa,
Yalan danışan kim? Günahkar olanı dünya!?

Mükəmməl həyat, sığmır küt-cahil varlığına,
Korranıb iş eybəcər əlində ani, dünya!

Hünər, ər lazım düyünü ipdən ayırmağa,
Gözdə, sözdü dünya, Əsli, qəribani dünya!

Həyatı Sevinclə bəzəyir Nur-Hikmət Ağa,
Qara gözlər, can verir torpağa canı, dünya!

Xəyalımdır gələ Zaman! Həyat Rauf ola!
Kaş zülmdən xilas ola, Məzlumun qanı, dünya!