Məzmuna keç

Gözlə sən (Şair Ağacan)

Vikimənbə saytından
Gözlə sən
Müəllif: Şair Ağacan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Aşıq üçə fikir vermə,
Dördü gözlə-gözlə sən.
Bir meydanda zər atanda,
Nərdi gözlə-gözlə sən.

Havalanma, lovğalanma,
Çox da öymə kəndini.
Xudam birdən qərq eyləyər,
Dərdi, gözlə-gözlə sən.

Oylağına düz fikir ver,
Gəlib laçın qonmasın.
Allahdan bəndəyə gələn,
Şərti gözlə-gözlə sən.

Şair Ağacanın özü,
Könlü odda yanmasın.
Namərddən kişi görmədim,
Mərdi gözlə-gözlə sən.