Gözləmişəm gecə-gündüz gəlim olum qonağın
Gözləmişəm gecə-gündüz gəlim olum qonağın! (2000) Müəllif: RAUF CAVAD |
Gözləmişəm gecə-gündüz gəlim olum qonağın!
Yar, dəvət eylə gəlim öpüm gül üzün yanağın!
Nura bənzər o Leyla surətin şirin Xəyalə,
Vurulmuşam könüldən o gözəl hüsni Cəmalə!
Əcəb boyanıb dodaqların qırmızıya, Lalə,
Bəzənib durubsan kimi gözlərsən ki, Tünzalə?!
İzin ver yeyim qaymağın şirin sözlü dodağın!
Könlümdə bilsən necə dəhşətli tufanlar qopar!
Fəryad edib hər gün yaralı ürək dərddən coşar!
Başı vüqarlı dağlar vulkan tək püskürüb yanar!
Gözlər istər ki, ağlatsın buludu düşsün ağlar!
Rəhm eylə yar, könlümə düşüb qırmızı bayrağın!
Günü-gündən çoxalır ruh-bədəndə ağrı-acı,
Silkələnir şahın hakimiyyəti, mülk taxt-tacı!
Təbib lazım ki, eyləsin ağrıyan cana çarə,
Yazsın ruh-bədənçün dəva-dərman gözəl Dilarə!
Nolar, tut əlimdən Gülnarə! Gəzim, bağça -bağın!
Durub üsyana, dərdə qarşı qəzəblə, ruh-bədən!
Qaldırıb qırmızı bayrağın, ədəblə, ruh-bədən!
Ürəkdən igid nərə çəkir, zülmün qarşısında!
İstəmir tez təslim ola, ölümün qarşısında!
Könül nə istər ki, öpə Gözəlin əl-ayağın!
Can verər Aşiq fəqət ölməz ruh könüli-canda!
Şah damarın dəli qanı coşar yenə də qanda!
Gəl ki, kim anlar səhrada ruhun dəli sevdasın!
Anlarsa da Leylam anlar, saxlar Məcnunun yasın!
Rauf sancar qəlbə qara bayrağın, ağ sancağın!
...Müəllif:Rauf Cavad