Məzmuna keç

Gözlərin (Məhəmməd Hadi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözlərin (Məhəmməd Hadi)
Müəllif: Məhəmməd Hadi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qıldı, ey ahu, məni vəhşi qəzali gözlerin,
Etdi səhragərdi-cənnət laübali gözlərin.
Xanəbərduş eylədin zülfün kimi aşüftəni,
Qıldı dil cəmiyyətin məhv ol bəlalı gözlərin.
Taleim bənzərkən, ey afət, səbahi-hüsniinə,
Eylədi halın kimi Şami Bilalı gözlərin.
Çeşmi-əfsunpərvərində vardır istedadi-cəzb,
Dilrübadır, dilrüba, əfsunla mali gözlərin.
Etsə də tənzir, xovfiım yox, məni şami-fəraq,
Daima təbşir edir sübhi-visalı gözlərin.
Dideyi-səhhannın vardır iki xasiyyəti,
Gah səlbü gab cəlb eylər məlalı gözlərin.
Bunca kim, əhli-niyazə nazü istiğna satar,
Ədlgahi-həqdə verməzmi sualı gözlərin?
Abidi-məscidnişini eylədin sağərbədəst,
Eyləyir təhmil üşşaqə vəbah gözlərin.
Məncə məchul idi hala rəmzi-”əvcüd, vəqtərib”,
Bəndənə məlum qıldı bu məalı gözlərin.
Anlamazdım mən nədir dərd içrə əfvaci-xəyal,
Eylədi rövşən, həqiqət, bu xəyalı gözlərin.
Hər zaman qılsam nəzər ayineyi-nəzzarənə,
Pişi-çeşmə ərz edər ol məhcəmalı gözlərin.
Dideyi-xunbanmı gördükdə xab eylər fərar,
Sübhü ərz etməkdə, mahim, ol
Iəyali gözlərin
İnqilab ərbabı görsün çöhreyi-gülrəngini,
Onlara ifham edər tərzi-qitalı gözlərin.
İnqilabiyyun olur həp zövqyabi-inqilab,
Onlara bəxş etdimi zövqi-cidalı gözlərin.
Sanma eylər xovf Hadi tiği-istibdaddən,
Çoxdan etmiş qətl onu yarim, qitali gözlərin.