Gözlərin (Mirzəcan Mədətov)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gözlərin
Müəllif: Mirzəcan Mədətov

Dağıdır huşumu, alır canımı,

Hәr baxanda o mәstanә gözlәrin.

Çәkibdir üstümә xәncәri-xunriz,

Batacaqdır mәgәr qanә gözlәrin?

 

Bilirәm, bilibdir qәmii izzәtin,

Qoy çәkmәsin heç şadlığın minnәtin,

Çünki bilmiş ağlamağın lәzzәtin,

Qoy ağlasın yanә-yanә gözlәrin!

 

Bulunmaz mәnimçün bir yaxşı hәmdәm,

Әrzimi yetirә yarә dәmadәm,

Bircә baxa mәnә, gözdәn yaş tökәm,

Bәlkә ola dәrdim qanә gözlәrin.

 

Eylәrsәn axırda sәn mәni Sәnan,

Dönәrәm dinimdәn verәsәn fәrman,

Bilmirsәn edәcәk canını qurban,

Baxsa әgәr Mirzәcanә gözlәrin.