Gözlərin (Rza Tofiq Bölükbaşı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözlərin (Rza Tofiq Bölükbaşı) Müəllif: Rza Tofiq Bölükbaşı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ruhumda gizli bir əməlmi arar
Gözlərimə baxıb dalan gözlərin?
Ağlıma gəlməyən bilmecə sorar
Məni xülyalara salan gözlərin.
Nigahın könlümə, ey pəri-peykər,
Ləyalı həsrətin hüznünü tökər.
Qaranlıqlar kimi yıxılar, çökər
İçimdə yer edib qalan gözlərin.
Hüzurunda bəzən mənliyinı ərir,
Tövrüm hulusundan şübhe göstərir.
Bəzən də nə olmaz ümidlər verir
Səbri-qəranmı alan gözlərin...
Qəmzəndə zahir, ey ömrümün van
Füzunu hüsnünün bütün əsran.
Nəşr edər aləmə rəngi-bahan
Koyu bənövşəyə çalan gözlərin...
Sehirdir, şübhəsiz, bütün bu şeylər,
Baxışm zehnimi perişan eylər.
Menə eşq əlindən efsanə söylər
Eşqə inanmayan yalan gözlərin...