Gözlərin kim aşiqə məxmur şəklin göstərir
Görünüş
Gözlərin kim aşiqə məxmur şəklin göstərir Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Gözlərin kim aşiqə məxmur şəklin göstərir,
Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.
Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin,
Xatirim nari-şəcərdən Tur şəklin göstərir.
Nəşeyi-meyxarə bais nolduğun bildim künun,
Bir pərivaş can əra məstur şəklin göstərir.
Kuyi-canandan cüda aşiqlər əhvalın desəm,
Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.
Qamət üzrə taqi-geysudən asılmış, həqqi var,
Dil ənəlhəqq söyləsə Mənsur şəklin göstərir.
Asimanda gövkəbi-səd olsa Əsəd yerdədir,
Bu səbəbdən yer savadi nur şəklin göstərir.
Töhfeyi babi-Süleyman söyləsəm, Qüdsi, nolur,
Bu qəzəl rani-mələxlə mur şəklin göstərir.