Məzmuna keç

Gözucu baxdım ona, bil məsti-xumar elədi

Vikimənbə saytından
Gözucu baxdım ona, bil məsti-xumar elədi
Müəllif: Məşədi Əli
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015.

  
Gözucu baxdım ona, bil məsti-xumar elədi,
Darayıb tellərini bəh necə tumar elədi.

Elə nazı-qəmzə satdı, qiyamət qoparıb başımda,
Yıxdı binadan evim, büsbütün tar-mar elədi.

Çaxdı ox kipriyini, o hədəf evdə sinəmi,
Dedim ki, rəhm et, ya Rəbb, qanımı bazar elədi.

Gəlişi çox xoş idi, gedişi od qoydu cana,
Etsə də məni Məcnun, qəlbim qırdı, xar elədi.

Getdi, yandı ciyərim, odlara qalandı canım,
Bu rüsva Dərvişi, eşqində giriftar elədi.