Gülüstan xar olubdur bana sənsiz
Görünüş
Gülüstan xar olubdur bana sənsiz Müəllif: Şeyx İbrahim Gülşəni |
Gülüstan xar olubdur bana sənsiz,
Genişlik dar olubdur bana sənsiz,
Çıxıb sevdası eşqimin başuma,
Xəyalun yar olubdur bana sənsiz.
Fəragun zikri söyləmək dilümdən,
İnildə zar olubdur bana sənsiz.
Cahanda bir nəfəs, ey dilbəri-şux,
Dirilmək ar olubdur bana sənsiz.
Fəragun zövqüdür ağudan acı,
Ki, zəhri-mar olubdur bana sənsiz.
Yanaram həsrətindən gecə-gündüz,
Çü hicran nar olubdur bana sənsiz.
Dəmadəm Gülşəni der Rövşəniyə,
Rəqibim yar olubdur bana sənsiz.