Gülşəni-firdövs edər can bağrını vəsli-həbib
Görünüş
Gülşəni-firdövs edər can bağrını vəsli-həbib Müəllif: İmadəddin Nəsimi |
Gülşəni-firdövs edər can bağrını vəsli-həbib,
Atəşi-duzəx qılır həm möhnəti-cövri-rəqib.
Dərdimin dərmanına heç kimsə bilməz çün əlac,
Yaridən özgə nə çarə, söyləgil sən, ey təbib.
Çün bəlavü qüssədən xali deyil könlüm, vəli
Mən gədavü kəmtərə artıqdurur hər dəm nəsib.
Rəhm edər şol gözlərin hər qanda bir üftadə var,
Mən fəqirəm, mən həqirəm, cümlədən miskin, qərib.
Gər görər vaiz üzünü, dəmbədəm eylər fəğan,
Oda yaxar mənbərini, görsə ani həm xətib.
Gül üzünə aşiq olub qanda bir üşşaq var,
Xoş nəvayi-saz edər daim nəvayi-əndəlib.
Hacəti vəsl oldu hüsnündən Nəsimi müşküli,
Sübhdəm irdi, gətirdi ol səba xoş buyü tib.