Gülə, gülə (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gülə, gülə Müəllif: Aşıq Qurbani |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Girdim yarın bağçasına,
Dedim dərdim gülə, gülə.
Məm ona elə müştağam,
Necə bülbül gülə, gülə.
Naşı bağban, satma gülü,
Haramdı axçası, pulu,
Küsdürdün şeyda bülbülü,
Daha gəlməz gülə, gülə.
Qurbaniyəm, erməmişəm,
Yar qəsrinə girməmişəm,
Belə cəllad görməmişəm,
Aldı canım gülə-gülə.